AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xarkov meri rus dilindən istifadə etdiyinə görə cərimələnib

  • + A
  • - A
  • 24-11-2022, 22:30

    Xarkov meri rus dilindən istifadə etdiyinə görə cərimələnib

    Xarkov meri İqor Terekhov “United News” telemarafonunun efirində əhaliyə rus dilində müraciət etdiyinə və sosial şəbəkələrin rus dilində idarə edilməsinə görə 3400 qrivna (92 dollar) məbləğində cərimələnib. Cənab Terekov Ukraynanın İnzibati Xətalar Məcəlləsini (1-ci hissə, Mad. 188) və “Ukrayna dilinin dövlət dili kimi fəaliyyət göstərməsinin təmin edilməsi haqqında” Ukrayna Qanununu (6-cı hissə, maddə 27) pozub.
    Xatırladaq ki, “Ukrayna dilinin dövlət dili kimi fəaliyyətinin təmin edilməsi haqqında” qanun 2019-cu ilin mayında imzalanıb. Qanuna görə, qanun pozuntusuna görə maksimum cərimə 8500 qrivna (300 dollar) təşkil edir və pozuntu təkrarlanarsa, bu məbləğ artırıla bilər.

    Kommersant-dan tərcümə etdi: Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR