AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Direktor İbrabim Cəfərov kollektivini daha çox çalışmağa səslədi

  • + A
  • - A
  • 29-11-2022, 22:58

    Direktor İbrabim Cəfərov  kollektivini daha çox çalışmağa səslədi

    Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov şəxsi facebook səhifəsində kollektivinə motivasiya verib, onları daha əzmlə işləməyə səsləyib. Akademik İbrahim Cəfərovun kollektivinə ünvanladığı sözügedən yüksək əhval-ruhiyyəli çağırışını təqdim edirik:
    "Dəyərli dostlar, dayanmaq mümkünsüz. Zaman bizdən daha mükəmməl olmağı, daha çevik işləməyi tələb edir. Borcumuz zamanın tələbini ödəməkdir. İşləyirik, institutda hər kəs öz bacarıq və qabiliyyəti çərçivəsində çalışır. 40 nəfər ingilis dilini öyrənir, elmi yeniliklərlə bağlı tədrisimiz davam edir. Yenicə qurulmuş biotexnologiya laboratoriyasını işə salmaq üçün Genetik ehtiyatlar institutundan şöbə müdiri işləyən biologiya üzrə fəlsəfə doktoru Elçin Hacıyev 10 gün müddətində təlimlər keçəcək. Qeyd edim ki, Elçin müəllim də öz yetirməmizdir və onun magistr dissertasiyasının rəhbəri olmuşam. Maşallah, bu gün Elçin bizimkilərə təlim verir. Axır ki, işləyir, çalışırıq, hər kəsə uğurlar!!!".




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR