AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vasif Talıbovun oğlu Rza Talıbovun medalları - Haqq edirmi o medalları?

  • + A
  • - A
  • 30-11-2022, 23:01

    Vasif Talıbovun oğlu Rza Talıbovun medalları - Haqq edirmi o medalları?

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rza Talıbovun medallarının siyahısı yayılıb. Azadmedia.az xəbər verir ki, siyahını xaricdə yaşayan bloger Cavanşir Həsənli yayıb. Rza Talıbov bu medalları haqq edibmi? Babalı medal verənlərin boynuna. Medal siyahısını təqdim edirik:

    19 mart 2018-ci il tarixində Dövlət Sərhəd Xidməti rəisinin 079 nömrəli əmri ilə "Hərbi Əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı;

    12 may 2018-ci il tarixində Müdafiə nazirinin 048-t nömrəli əmri ilə "Hərbi Əməkdaşlıq Sahəsində Xidmətlərə görə" medalı;

    29 iyun 2018-ci il tarixində Daxili İşlər nazirinin Ə535 nömrəli əmri ilə "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı;

    16 iyul 2018-ci il tarixində Müdafiə nazirinin 0228-t nömrəli əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı;

    9 iyul 2019-cu il tarixində Xarici İşlər nazirinin S/01–19 nömrəli əmri ilə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı;

    21 dekabr 2019-cu il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin 287 ş/h nömrəli əmri ilə "Hərbi Vətənpərvərlik Tərbiyəsində Xidmətlərə görə" Azərbaycan Respublikasının medalı;

    17 mart 2020-ci il tarixində Dövlət Miqrasiya Xidməti rəisinin 94 nömrəli əmri ilə "Miqrasiya orqanlarında qüsursuz qulluğa görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR