AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Suraxanıda “Dövlət - din münasibətlərinin tənzimlənməsində din xadimlərinin yeri və rolu” mövzusu müzakirə edilib

  • + A
  • - A
  • 1-12-2022, 00:48

    Suraxanıda “Dövlət - din münasibətlərinin tənzimlənməsində din xadimlərinin yeri və rolu” mövzusu müzakirə edilib

    Noyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı (DQİDK) ilə Suraxanı rayonunda “Dövlət - din münasibətlərinin tənzimlənməsində din xadimlərinin yeri və rolu” mövzusunda tədbir keçirilib.

    Dini icma sədrləri və din xadimlərinin iştirakı ilə təşkil edilən tədbirdə əvvəlcə Vətən uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Açılış nitqi ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, ölkəmiz dövlət-din münasibətlərinin həm hüquqi, həm də mənəvi cəhətdən tam tənzimlənməsinə nail olub. Dövlət müstəqilliyimizin bərpasından sonra xalqımızın mənəvi irsinin bir parçası olan dini abidələrimizin təmiri və bərpası istiqamətində zəruri addımların atıldığını qeyd edən Ə.Əzizov vurğulayıb ki, cari ilin əvvəlində ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaşayış sahəsində yerləşən “Xanım Fatimeyi Zəhra” məscidinin yenidən qurulan binasının dindarların istifadəsinə verilməsi dövlətimizin milli-mənəvi dəyərlərimizə ehtiramının bariz nümunəsidir.

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyev dinin Azərbaycan cəmiyyətindəki rolu, dövlət tərəfindən dini ibadət yerlərinə, din xadimlərinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, dinə sırf mənəvi prizmadan yanaşaraq, onun tərbiyəvi tərəflərinin, Vətənə, ailəyə sevgi, böyüklərə hörmət, saflıq, dürüstlük kimi milli-mənəvi dəyərlərimizlə səsləşən əxlaqi prinsiplərinin insanlara, xüsusilə mənəvi şüuru formalaşmaqda olan gənc nəslə çatdırılmasında din xadimlərinin üzərinə önəmli bir vəzifə düşür.

    Dövlət-din münasibətlərinin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, ölkəmizdə mövcud olan multikultural mühit, vətəndaş həmrəyliyi, həmçinin müxtəlif dini konfessiyalara göstərilən bərabərhüquqlu münasibət barədə də danışan sədr müavini, hər il dövlət–din münasibətlərinin davamlı olaraq təkmilləşdirilməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği və təşviqi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə fəaliyyət göstərən dini qurumlara maliyyə yardımının ayrıldığını vurğulayıb. S.Nağıyev, eyni zamanda erməni işğalından azad edilmiş torpaqlarımızda Azərbaycan xalqı üçün yüksək mənəvi dəyəri olan dini ibadət yerlərinin bərpa və yenidənqurma işlərinin əhəmiyyətinə toxunub.

    Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə səlahiyyətli nümayəndəsi Murad Cəfərov, “Xanım Fatimeyi-Zəhra” məscidinin imamı Mirhəmid Məmmədov çıxışlarında ölkəmizdə hər bir şəxsin dini etiqad azadlığının təmin olunduğunu, din xadimlərinə və digər inanclı şəxslərə ibadətlərini yerinə yetirmələri üçün şəraitin yaradıldığını bildirərək, məscidlərin təmir və tikintisinə görə məmnunluqlarını ifadə ediblər.

    Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə ərsəyə gətirilmiş “Vəhdət dəyərimizdir” və “Birlikdə güclüyük” video-çarxları nümayiş etdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR