AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"İcra başçılarının, rəislərin hamısının rayonlarda plantasiyaları var" - İTTİHAM

  • + A
  • - A
  • 1-12-2022, 13:58

    "İcra başçılarının, rəislərin hamısının rayonlarda plantasiyaları var" - İTTİHAM

    "Narkotik və qadına şiddət bütün dünyada var. Məni bir sual maraqlandırır. Bütün yollar bağlıdır. Narkotik ölkəyə hardan daxil olur? İcra başçılarının, rəislərin hamısının rayonlarda plantasiyaları var. Niyə xaricdən bizə məlumat gəlməlidir ki, biz narkotika istehsal edirik?"
    Azadmedia.az xəbər verir ki, bu ittihamları hüquq müdafiəçisi Novella Cəfəroğlu "Narkotik şiddət yaradır. O, qadın, uşaq tanımır" adlı dəyirmi masada səsləndirib. Genefondun onu çox narahat etdiyini qeyd edən Novella xanım narkotik satanları deyil, çəkənlərin tutulmasından narahatlığını dilə gətirdi.

    Konfransda iştirak edən DİN İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin rəhbəri Elşad Hacıyev Novella xanımı danışarkən faktlara istinad etməsini, ehtimallar üzərində danışmamağa səslədi: "Narkotiklərlə ölkədə mübarizə bütün istiqamətlərdə aparılır. Əməliyyat-axtarış işi ilə yanaşı, maariflənmə işinin də miqyası artırılıb. Təkcə bu il 12 mindən artıq müxtəlif tədbirlər icra edilib. Yerlərdə polis əməkdaşları geniş maariflənmə işini davam etdirir. Bütün dünyada olduğu narkotikanın ölkəyə daxil olmasında əsas amil qaçaqmalçılıqdır. Ona görə də hər bir vətəndaş tədbirli olmalıdır. Bu sahədə ictimai nəzarət, ictimai qınağın daha də gücləndirilməsi faydalıdır”.
    Hər kəsi bu məsələlərdə fəal olmağa çağıran DİN sözçüsü iştirakçılara fakta, sübuta əsaslanmağı tövsiyə etdi.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR