AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan retinoloqlarının 7-ci konfransı keçiriləcək

  • + A
  • - A
  • 1-12-2022, 21:22

    Azərbaycan retinoloqlarının 7-ci konfransı keçiriləcək

    3 dekabr 2022-ci il tarixində Azərbaycan Retinoloqlarının 7-ci Konfransı Lənkəran şəhərində keçiriləcək.

    Azadmedia.az xəbər verir ki, konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nəaliyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda region və mərkəzin həkim heyəti iştirak edəcək və öz məruzələri ilə çıxış edəcəklər.

    Qeyd edək ki, konfrans təşkilat komitəsinin sədrit.ü.f.d. Müşfiq Kərimovdur. Heyət üzvləri t.ü.f.d. Lalə Axundova, t.ü.f.d. Aişə Şahmalıyeva, t.ü.f.d. Xalid Əliyev, dr. Ceyhun Nəzərli, t.ü.f.d. Yazgül Abdiyevadır.

    Konfransı akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov giriş sözü ilə saat 09:00-da açıq elan edəcək. Konfransın təşkilat komitəsinin sədri t.ü.f.d. Müşfiq Kərimov,t.e.d.Nizami Bağırov, t.ü.f.d. Lalə Axundova, t.ü.f.d. Xalid Əliyev, t.ü.f.d. Aişə Şahmalıyeva, Dr. Şahin Novruzlu, Dr. Emin Əlihüseynli, t.ü.f.d. Natavan Əliyeva, Dr. Nurana Nuriyevanın moderatorluğu ilə həyata keçiriləcək.

    Konfransda “Fundus autofluorescensiyanın mərkəzi seroz xoriopatiyanın diaqnostikasında əhəmiyyəti”, “Vitreoretinal cərrahiyyədəvizualizasiya sistemləri”, “Yaşa bağlı makula degenerasiyanın quru formasının progressivləşməsinin OKT əlamətləri”, “Brolicizumab preparatının göstərişləri”, “Yaşa bağlı makula degenerasiyanın quru formasının müasir müalicəsi”, “Cərrahi vizualizasiya sistemləri” kimi məsələlər müzakirə ediləcək.

    NƏ VAXT, HARADA: 3 dekabr, saat: 09:00, Lənkəran şəhəri, Lankaran Springs Wellness Resort.

    ƏLAQƏ: Mob: (+994) 559133165, (012) 5682890. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsi. email: oftalmoloqlarcemiyyeti@gmail.com.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR