AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Günəşli" yatağındakı yanğından 7 il ötür - Heç kim cəzalanmadı

  • + A
  • - A
  • 4-12-2022, 10:59

    "Günəşli" yatağındakı yanğından 7 il ötür - Heç kim cəzalanmadı

    4-dekabr 2015-ci ildə ARDNŞ “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş verdi. SOCAR vəzifəlilərinin məsuliyyətsizliyi ucbatından baş vermiş qəza nəticəsində 33 neftçi həlak olmuş və itgin düşmüşdür və müqəssirlər bu vaxtadək cəzasız qalmışdır. Azadmedia.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı facebook səhifəsində məlumat verib. Mirvari xanım xatırladıb ki, 4 dekabr 2015-ci ildə tufan nəticəsində dalğalar SOCAR Neft Daslarinin 501-saylı meydançasını üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb:
    "Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar.
    Allahdan qəza qurbanlarına rəhmət, ailələrinə səbir, müqəssirlərə cəza diləyirəm
    Baş verən hadisəyə görə vəzifəli şəxslərdən heç kim cəzalanmadı.Əksinə həmin vaxt Azneft İB baş direktoru olan Daşqın İsgəndərov, vəzifə karyerasında irəli çəkilib SOCAR vitse prezidenti təyin olundu".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR