AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda istefa mədəniyyətinin əsasını qoyan xanım - Lidiya Rəsulova

  • + A
  • - A
  • 4-12-2022, 11:43

    Azərbaycanda istefa mədəniyyətinin əsasını qoyan xanım - Lidiya Rəsulova

    Millət vəkili Etibar Məmmədov keçmiş təhsil naziri Lidiya Rəsulovadan yazdı. Etibar Əliyevin fəaliyyəti çoxlarına nümunə ola biləcək Lidiya xanım barədə yazısını təqdim edirik:
    "4 dekabr Keçmiş Təhsi naziri Lidiya Rəsulovanın anadan olduğu gündür. Lidiya Rəsulova təhsil tariximizdə son dərəcə prinsipial, savadlı, xarakterli, humanist bir nazir kimi qalıb. Onun vəzifəyə təyin olunduğu dövr çox çətin və keşməkeşli zamanlar idi. Bir tərəfdən, ölkədə yeni dövlət quruculuğu həyata keçirilirdi, digər tərəfdən, 1 milyona yaxın şəxs doğma torpaqlardan məcburi köçkün düşmüşdü, kadr çatışmazlığı və maliyyə qıtlığı hökm sürürdü.
    -Lidiya Rəsulova İşlədiyi dövrdə demək olar ki, tələbə köçürməsi etmədi.
    -Qabiliyyətli insanları vəzifələrə çəkdi.
    İşlədiyi dövrdə Nazirliyin nüfuzu ilə birgə, əməkdaşların da nüfuzu yüksəldi.
    -Lidiya xanımın təşəbbüsü ilə zamanında təhsil müəssisələrinin özəlləşdirilməsini qadağan edən hüquqi-normativ sənəd imzalandı. Bu qərar sayəsində təhsil sisteminin maddi-texniki bazası mühafizə olundu.
    -Lidiya Rəsulovanın sadəliyi ilə sərtliyi bir – birini tamamlayırdı. -İşlədiyi dövrdə haqqı, nahaqqın ayağına vermədi.
    -Lidiya xanım büllur kimi təmiz rəhbər idi. Təhsil sistemində baş verən neqativ hallara qarşı çox barışmaz mövqe nümayiş etdirirdi.
    -Bəzi özündənrazı, tamahkar, yekəxana rektorlar bu xanım nazirin adı gələndə özlərini yığışdırırdılar.
    -Kollegiya iclaslarının birində iclasa yubanmış bir nüfuzlu rektora çox sərt xəbərdarlıq etdiyinin şahidiyəm.
    -Təhsil nazirliyinin tabeliyində olan bir nəşriyyatda yeyintilərlə bağlı işləri prokurorluğa göndərilməsinə tapşırıq vermişdi. Lidiya xanım vəzifəsindən gedəndən sonra həmin nəşriyyatı satdılar, yerində hündürmərtəbəli bina tikildi.
    -Lidiya Rəsulova vəzifəsindən çıxarılmadı, istefa verdi.
    Bununla da Azərbaycanda istefa mədəniyyətinin əsasını qoydu. Allah Rəhmət eləsin”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR