AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Valideynlər etiraz olaraq məktəbi boykot etdilər - SƏBƏB

  • + A
  • - A
  • 5-12-2022, 14:39

    Valideynlər etiraz olaraq məktəbi boykot etdilər - SƏBƏB

    Tovuz rayonu, Vahidli kənd sakinləri bu gündən etibarən övladlarını məktəbə göndərməyəcəklər.
    Bu barədə AFN.az-a sakinlər bildiriblər. Vahidli camaatının bu addımı atmasına səbəb kənd yollarının bərbad olması, övladlarının məktəbə gedib-gələ bilməməsidir: "Yollarımız onsuz da bərbad idi, "Azərsu" ASC də tamam yararsız hala saldı. Bir neçə ay əvvəl qurum kənddə içməli su ilə bağlı layihə reallaşdırmağa başladı. Qonşu Ağdam kəndinin yaxınlığından içməlu su mənbəsindən kəndə xətt çəkib burda evlərə paylayacaqlar. Əvvəla, kəndin özündə artezian quyuları vurmağa mənbələr varkən, niyə məhz Ağdamdan çəkilir su? Bu başqa mövzudur. İkincisi, payız-qış mövsümündə yolları qazıb, qazılan torpağı da elə yolların kənarına yığmaq hansı başın məhsuludur? Məktəb başlayandan bəri uşaqlarımıza neçə cüt ayaqqabı almışıq, hamısı palçıqlı yollarda dağılıb. Artıq qış ayaqqabılarını çatdıra bilmirik övladlarımızın. Uşağı evdən təzə, salamat ayaqqabı ilə göndəririk, ayaqqabının altı sarı "pemza"nın kleyə dönən palçığına yapışır qalır. Bütün kənd olaraq, yığışıb qərar vermişik ki, sabahdan etibarən uşaqlarımızı məktəbə göndərməyək. Ta yollarımız düzələnə qədər də qərarımızın üzərində dayanacağıq".
    Kənd sakinləri bildirirlər ki, bir neçə il əvvəl öz vəsaitləri hesabına yollara çınqıl tökdürüb bir az düzəldiblər. Lakin "Azərsu" ASC-nin layihəsini reallaşdıran şirkət (şirkətin adını, foto və video görüntüdən ibarət detallı məlumatı növbəti yazımızda təqdim edəcəyik-red.) öz yarıtmaz fəaliyyəti ilə olan-qalanı da dağıdıb: "Sanki düşmən ərazisində iş görürlər, heç bir normalara riayət etmirlər. Su çəkirik deyə dağıdıb-tökmək bizə qarşı ədalətsizlik, hörmətsizlikdir!"
    Mövzu ilə bağlı aidiyyatı qurumların mövqeyini təqdim edəcəyik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR