AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib

  • + A
  • - A
  • 6-12-2022, 16:12

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə  “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib

    Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Haftoni qəsəbəsində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.
    Lənkəran ŞPRŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Anar Həbibzadə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizədən, əldə olunan nəticələrdən danışıb. Qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər. Sonra mövzu ətrafında çıxışlar dinlənilib və məktəblilərin sualları cavablandırılıb. Narkotik vasitələrin səbəb olduğu fəsadlar və acı təsirlər barədə videoçarx izlənilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR