İnsanları sağlam həyat tərzinə sövq etmək hədəfimizdir. Azadmedia.az xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Sağlam çəkiyə doğru" layihəsinin təqdimat mərasimində deyib.
Vüqar Qurbanovun sözlərinə görə, əhali arasında fiziki aktivliyi təbliğ etmək, ölkədə ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və insanları sağlam həyat tərzinə sövq etmək kimi hədəflər TƏBİB-in prioritet istiqamətlərindən biridir. V.Qurbanov Dövlət Statistika Komitəsinin son hesablamalarına istinad edərək bildirib ki, ölkəmizdə reproduktiv yaş həddində olan şəxslərin 30-60 %-i artıq çəkidən, 25-27 %-i isə piylənmədən əziyyət çəkir. O, artıq çəkinin yaratdığı xəstəliklərlə mübarizədə aidiyyəti dövlət qurumlarının həmrəylik nümayiş etdirməsinin əhəmiyyətini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.