Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid adına 1 saylı orta məkdəbin şagirdini döyüblər.
Bu barədə şagirdin atası Şirinov Vüsal deyib.
Belə ki, 2009-ci il təvəllüdlü Şirinov Muhammed onun sinif yoldaşının valideynləri döyüb.
“Oğlumla sinif yoldaşı arasında mübahisə düşüb. Hadisədən sonra Vüsalın sinif yoldaşının atası, dayısı, bir də başqa şəxs yığılıb döyüb. Oğlum avtobus gözləyirmiş. Maşına mindirmək istəyəndə Muhammed qaçıb. Uşağın başını yarıblar”, – deyə ata bildirib.
Ailə baş vermiş hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinə məlumat verib.Faktmedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.