Naftalan Şəhəri üzrə ticarət və nəqliyyatla bağlı əsas statistik göstəricilər məlum olub.
Naftalan Şəhəri üzrə ticarətin əsas göstəriciləri
Azadmedia.az xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Naftalan şəhərində əhaliyə 23033,7 min manatlıq müxtəlif növ istehlak malları satılmışdır. Əmtəə dövriyyəsi keçən ilin müvafiq dövrünə nisbətən 14,7 faiz artmışdır.
Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində Əhalinin xərclədikləri 23033,7 min manatlıq vəsaitin 12484,5 min manatını (54,2 faiz) ərzaq məhsulları, içkilər və tütün məmulatları,10549,2 min manatını (45,8 faiz) qeyri-ərzaq malları təşkil etmişdir.
Həmçinin, 2022-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının ümumi həcminin 8,3 faiz ticarət müəssisələri, 78,3 faiz fərdi sahibkarlar tərəfindən, 13,4 faiz isə bazar və yarmarkalarda satılmışdır.
Naftalan Şəhəri üzrə Nəqliyyatın əsas göstəriciləri
Bundan başqa, 2022-ci ilin yanvar-sentyabr aylarında Naftalan şəhəri üzrə Nəqliyyat və Anbar təsərrüfatları tərəfindən əhaliyə 200,7 min manatlıq nəqliyyat xidməti göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 55,2 faiz artmışdır.
Yanvar-sentyabr aylarında şəhərdə avtobuslarla 985 min nəfər sərnişin daşınmış və bu da ötən ilin müvafiq dövrünə nisbətən 28,9 faiz artmışdır.
Qeyd edək ki, təhlil olunan dövr ərzində avtomobil nəqliyyatı ilə 30 min ton yük daşınmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11,1 artmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.