AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vakansiyaya müraciət etmədən birbaşa SOCAR prezidentinin əmri əsasında 100-ə yaxın yeni işçi qəbul edilib - NECƏ?

  • + A
  • - A
  • 13-12-2022, 02:06

    Vakansiyaya müraciət etmədən birbaşa SOCAR prezidentinin əmri əsasında 100-ə yaxın yeni işçi qəbul edilib - NECƏ?

    Vakansiyaya müraciət etmədən birbaşa SOCAR prezidentinin əmri əsasında 100-ə yaxın yeni işçi qəbul edilib. Niyə cənab Rövşən Nəcəf? İzahına ciddi ehtiyac duyulur! Azadmedia.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat verib. Mirvari xanımın qeyd etdiyi qanun pozuntuları bununla bitmir. Onun yazdıqlarını olduğu kimi təqdim edirik:
    "SOCAR–a işə qəbul socar.az saytı üzərindən vakansiyalara müraciət əsasında aparılır. Vakansiyaya müraciət edənlər işə qəbulla bağlı bir neçə mərhələni keçənədək vakansiyaya müraciət etmədən birbaşa SOCAR prezidentinin əmri əsasında 100-ə yaxın yeni işçi qəbul edilib və hamısına da işə qəbul əmri verilən gündən 2000 manatdan yuxarı peşəkarlıq təyin edilib.
    Xatırlqdaq ki, bu ilin avqust ayında maaş artımı ilə bağlı verilən məlum əmrdən sonra icrası guya dayandırılsa da Protokol İdarəsinə qəbul edilən yeni işçilərin əksəriyyətinə 17-ci dərəcə (3000-dək əmək haqqı) və 6000 manat məbləğində peşəkarlıq təyin olunub. Hansı ki, 30 ildən çox rəhbər vəzifədə çalışan işçilərin peşəkarlığı 2000-3000 manat arasıdı.
    Niyə bəs SOCARSS – 010.2015 Standartına uyğun olan, SOCAR-da illərlə çalışan ixtisaslı kadrların bəzilərinə peşəkarlıq ümumiyyətlə təyin olunmur? Yəni bu işçilər neçə illər ərzində peşəkar olmadı, bu günədək neft sahəsində ümumiyyətlə çalışmayan yeni işə qəbul olunanlar gələn gündən artıq işinin peşəkarı oldu?"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR