Pərvanə Rasim adlı xanım media işçilərinə sosial media üzərindən şikayət məktubu yazıb işıqlandırılmasını xahiş edib. Azadmedia.az şikayət məktubunu qısaldaraq dərc edir:
Bu şəkildəki uşaqlar Xətai rayonu ərazisində yerləşən 25 nömrəli məktəbin 1-ci sinif şagirdləridir. Şəkil sinfin müəllimi Səidə Hüseynova tərəfindən çəkilib. İbrət olsun deyə valideyn qrupuna göndərilib. Şəklin sonunda müəllimə xanım qeyd edir ki hər dəfə yazmayanları belə üsulla "məsuliyyətli " olmağı öyrədəcək. Bu azmış kimi uşaqları qaranlıq otağa salmaqla da hədələyib. Bu körpələrin "günahı" ev tapşırığının nə olduğunu bilmədiklərinə görə yazmaması olub. Buna görə də xeyli danlandıqdan sonra 45 dəqiqə qışın bu oğlan çağında hələ də istilik olmayan sinifdə, küncdə dayanmağa məcbur edilərək, digər dərslərin izahında iştirak etməkdən məhrum ediliblər. Normalda uşaqlar təbii ehtiyaclarını ödəmək istəyəndə belə Səidə xanımın xoşuna gəlmir. Çox vaxt icazə vermir.
Həmçinin dəfələrlə uşaqlara fiziki və psixoloji şiddət göstərib. Buna görə məktəb rəhbərliyinə dəfələrlə şikayət edilib. Şəxsən özüm buna görə müəllimə və məktəbin psixoloqu ilə dəfələrlə danışmışam. Lakin məktəbin direktoru Fəridə Şərifova həm istiliklə bağlı müraciətlərə, həm də Səidə Hüseynovanın uşaqlara qarşı kobud və qəddar davranışlarına əhəmiyyət verməyib.
Şikayətçi iddia edir ki, onun xəbəri olmadan uşağı sinifdən çıxarıb həmin bu Səidə Hüseynovanın qrupuna qoyublar. Deyəcəksiz online sistemə necə valideynin xəbəri olmadan müdaxilə ola bilər? Ancaq mümkünmüş.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.