AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

  • + A
  • - A
  • 15-12-2022, 12:25

    Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

    Cari ilin 12 dekabr tarixində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa İttifaqının və Avropa Şurasının birgə maliyyələşdirdiyi “CyberEast” layihəsinin Rəhbər Komitəsinin 6-cı iclası, 13-14 dekabr tarixlərində isə Kiber insidentlərin qeydə alınması və məlumat mübadiləsi üzrə layihə üzrə Regional Görüş keçirilib.

    Hər iki tədbirdə ölkəmizin müxtəlif dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyətində Azərbaycan Respublikası Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin böyük prokuroru Elmir Zeynalov təmsil edib.
    Tədbirlər çərçivəsində kibercinayətlərin formaları, bu növ cinayətlərin ibtidai istintaqı və cinayət təqibi, ortaya çıxan problemlər və onların həlli yolları, kibercinayətkarlıq sahəsində beynəlxalq əməkdaşlıq, Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Budapeşt Konvensiyasında nəzərdə tutulan müddəalar, formal və qeyri-formal əməkdaşlıq üsulları, səlahiyyətli dövlət orqanları arasında məlumat mübadiləsi, habelə digər mövzular ətrafında müzakirələr aparılıb, bu sahədə tədbirlərdə iştirak edən ölkələrin milli qanunvericilikləri barədə ətraflı məlumat verilib.
    Yekunda “CyberEast” layihəsi üzrə 2023-cü il üçün fəaliyyət planı müzakirə olunaraq kibercinayətkarlığa qarşı mübarizə sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR