Ağıllı kənd,Ağalı kənd,
Nəvazişli,sığallı kənd.
Doğma Anana qovuşdun,
Əfsanəli,nağıllı kənd.
Düşmənlərdə əsir qaldın,
Neçə fəsil yola saldın?
Nəhayət ki,qisas aldın,
Ay işvəli,cığalı kənd!
Bu gün azad,firavansan,
Dünyalara səs salırsan,
Brilyanttək bərq vurursan,
Üstünə Gün doğalı kənd!
Fərid Mahmudoğlu,18.12.2022,Bakı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.