TƏBİB 2023-cü ildə qarşıya qoyulan hədəfləri açıqladı. Azadmedia.az xəbər verir ki bu barədə məlumatı TƏBİB-in İcraçı direktor Vüqar Qurbanov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaranmasının 4-cü ildönümünə həsr olunan “Tibdə müasir keyfiyyət mərhələsi – Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı bildirib.
TƏBİB-in 2023-cü ildə qarşıya qoyulan hədəflərini təqdim edirik:
• Ana və uşaq sağlamlığının inkişaf etdirmək, bununla bağlı neqativ halları azaltmaq;
• Vətandaşların tibbi xidmətlərdən məmnunluq səviyyəsini artırmaq;
• Xidmətlərin əlçatanlığını artırmaq;
• Tibbi ərazi bölmələrinin mərkəzlərində regional çoxprofilli xəstəxanaların qurulması;
• Tibb müəssisələrinin dərman təchizatını yaxşılaşdırmaq və müasir tibbi avadanlıqlar ilə təmin etmək;
• Tibb müəssisələrində istifadə edilən xəstəxana informasiya sisteminin və digər elektron xidmətlərin istifadəsini təkmilləşdirmək;
• Beynəlxalq əlaqələri və tibbi turizmi (TƏBİB tabeliyində olan tibb müəssisələrində göstərilən tibbi xidmətlərdən xarici vətəndaşların yararlanması) inkişaf etdirmək;
• Tibbi xidmətlərin göstərilməsində həssas əhali qrupuna (qazi, şəhid ailəsi, əlillər) diqqəti daha da artırmaq;
• Xəstəliklərin daha erkən aşkarlanması məqsədi ilə profilaktik xidmətləri inkişaf etdirmək.
• Ölüm səbəbləri arasında əsas yer alan xəstəliklərin (qan dövranı sistemi xəstəlikləri, bədxassəli törəmələr, sinir, endokrin, tənəffüs sistemi xəstəlikləri və s.) qarşısının alınması, erkən aşkarlanması və müalicəsinə yönəlmiş kompleks tədbirlər.
• İSX-də tibbi xidmətin keyfiyyətinin artırılması, əlçatanlığın təmin edilməsi məqsədilə Ailə həkimi inistutunun möhkəmləndiriləsi, kadr ehtiyatlarının say və keyfiyyət baxımından yaxşılaşdırılması, mövcud potensialdan səmərəli istifadə edilməsi və beynəlxalq təcrübələrin İSX-də tətbiqinin genişləndirilməsidir.
• TƏBİB tabeli tibb müəssisələrinin yüksək kvalifikasiyalı kadrlar ilə təmin edilməsi
• Əhalinin ixtisaslaşdırılmış tibbi xidmətə əlçatanlıq səviyyəsinin artırılması
• Paytaxtda ölkə üzrə ixtisaslaşdırılmış tibbi xidmətin koordinasiyasını həyata keçirən tibb müəssisələrinin yaradılması. Mövcud müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi.
• Tabeli müəssisələrdə reabilitasiya xidmətlərinin gücləndirilməsi.
• Həkim və orta tibb personalının nəzəri bilik və praktiki bacarıqlarının təkmilləşdiriməsi üzrə fəaliyyət
• İnnovativ texnologiyaların tətbiqi. Xəstəliklərin diaqnostikası və müalicəsində müasir yanaşma
• TƏBİB tabeli tibb müəssisələrinin xarici ölkələrin aparıcı klinikaları ilə əməkdaşlığın təmin edilməsi.