AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu xəstəxanalar TƏBİB-in tabeliyindən çıxarılır

  • + A
  • - A
  • 20-12-2022, 11:33

    Bu xəstəxanalar TƏBİB-in tabeliyindən çıxarılır

    Aşağıda adlarını sadaladığımız xəstəxanalar TƏBİB-in tabeliyindən çıxarılır.
    Azadmedia.az xəbər verir ki bu barədə məlumatı TƏBİB-in İcraçı direktor Vüqar Qurbanov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaranmasının 4-cü ildönümünə həsr olunan “Tibdə müasir keyfiyyət mərhələsi – Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə 2023-cü il yanvar ayının 1-dən etibarən Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək. Fürsətdən istifadə edib, adıçəkilən tibb müəssisələrinin rəhbərliyinə və çoxminli kollektivinə TƏBİB-lə səmərəli əməkdaşlığa və koordinasiyalı fəaliyyətlərinə görə təşəkkür edirəm! Bizim hər birimizin amalı eynidir – vətəndaşların sağlamlığının keşiyində dayanmaq!
    Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR