AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baxçada uşaqların ərzaqları satılır. Uşaqlar nə yeyir? Foto, səs yazısı

  • + A
  • - A
  • 20-12-2022, 16:46

    Baxçada uşaqların ərzaqları satılır. Uşaqlar nə yeyir? Foto, səs yazısı

    Uşaq baxçaları İcra hakimiyyətlərindən alınıb Elm və Təhsil Nazirliyinə veriləndə yaxşılığa doğru nələrinsə dəyişəcəyini gözləsək də, həmişəki kimi xəyal qırıqlığına uğradıq. Yenə dövlətin baxçalara verdiyi ərzaqlar satılır, uşaqların baxçaya qəbulu pulladır, hər uşaq üçün aylıq yığılır. Bu yaxınlarda inboxuma şikayət daxil oldu. Sumqayıtda yerləşən 63 saylı Venera Uşaq Baxçasındakı özbaşınalıqlar barədə idi mövzu. Müəllimlər öz imzaları ilə şikayət etməyə ürək etmir, çünki bizim məmləkətdə günah həmişə öləndə olur. Baxçada uşaqlara verilən ətlər, ərzaqlar satılır. Satan qadın qarovulçu ştatı ilə işə alınıb, amma müdir müavinliyi edir.
    Müəssisənin müdiri Rzayeva Nigar bir ilə yaxındır ki, baxçaya müdir təyin olunub. Gələn gündən də, kasıb işçilərlə problemlər və özbaşınalıq başlayıb. 63 saylı körpələr evi Sumqayıt şəhəri 18-ci mkr-da yerləşir .Bağça 12 qrupdan ibarətdir və 220 nəfərlik yer nəzərdə tutulub.
    Mənbə qeyd edir ki, Nigar Rzayeva körpələr evini öz qanunları ilə idarə edir.
    Metodist Seyidzadə Vəfa və köməkçi-qarovulçu Hümmətova İradə müdirin əsas adamlarıdır. Bu xanımların əliylə ərzaq satılır, qruplarda portaldan kənar, qanunsuz olaraq əlavə uşaqlar qəbul olunub. 20 uşaq əvəzinə qruplarda 30-a yaxın uşaq var.
    Ən əsası isə qruplarda hər uşağa görə valideynlərdən 20 AZN fond pulu adıyla pul yığılır. Valideynlərdən pul yığa bilməyən müəllimlər sıxışdırılır.

    Deyilənlər ciddi ittihamlardır. Amma bu barədə səs yazıları və yazışmalar var. Məndən yazmaq, Elm və Təhsil Nazirliyindən araşdırmaq.
    Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
    Nə qədər vicdansız olmaq lazımdır uşağa çatası ətləri və digər ərzaqları satmaq üçün?
    P.S. Övladım baxçaya gedəndə 1-ci gün xəbər tutdum boyat çörək verilib, bu, o demək idi ki, 5-ci gündən qalma çörəkdi. Dözmədim, Birinci xanım Mehriban Əliyevaya şikayət ərizəsi yazdım. Direktor işdən atıldı, baxça təmir edildi. İnanıram ki, bu dəfə də uşaqların tikəsini udmaq istəyənlərin boğazında qalacaq.
    Elnurə

    [center]













    [img]https://azadmedia.az/uploads/posts/2022-


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR