AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vasif Talıbov Heydər Əliyevin oxuduğu məktəbi sökdürməklə onu xalqın yaddaşından silməyə çalışıb - İDDİA

  • + A
  • - A
  • 21-12-2022, 23:17

    Vasif Talıbov Heydər Əliyevin oxuduğu məktəbi sökdürməklə onu xalqın yaddaşından silməyə çalışıb - İDDİA

    Bu gün Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən istefa verib. Əslində istefa verməyib. İstefa verməyə məcbur edilib. 1997-ci ildən Naxçıvan Xanı olan Vasif Talıbov Naxçıvanı öz şirkəti, özəl qurumu kimi idarə edib.
    Ulu Öndər Heydər Əliyev Azərbaycana ikinci qayıdışından, ölkə Prezidenti seçildikdən sonra əli hər zaman Naxçıvanın üzərində oldu. Vasif Talıbovu naxçıvanlıların problemlərini həll etməyə, onların xidmətində durmaq üçün təyin etsə də, 2003-cü ildə Ulu öndər haqq dünyasına qovuşduqdan qısa müddət sonra Vasif Talıbov özünü Xan kimi aparmağa başladı. Burda mənəm, Bağdadda kor xəlifə prizmasından hərəkət edən Vasif Xan bütün naxçıvanlıları Naxçıvandan didərgin saldı. Nə qədər alçaqlıq varsa Naxçıvanlılara qarşı etdi. Amma bunları müəyyən qədər bağışlamaq olar. Ancaq bu harınlıq o qədər böyük vüsət aldı ki, onu Naxçıvanda vəzifəyə gətirən adamı da unutdu. Ulu öndər Heydər Əliyevin oxuduğu 4 nömrəli məktəbi də sökdürdü. Əvvəl elə bildik, yerində Ulu Öndərin adına layiq bir məktəb binası tikdirəcək. Amma əksinə oldu. Həmin məktəbin tarixini yer üzərindən sildirdi ki, gələcək nəsillər Ulu öndərin Naxçıvanla bağlı tarixini unutsunlar.

    Bir Naxçıvan vətəndaşı kimi bildirirəm, təkcə bu əməlinə görə Vasif xanı həbs edib, cəzalandırmaq lazımdır! Bizə Ulu öndərin xatirələrini, tarixini unutduran adamın tarixini silmək lazımdır ki, gələcək nəsillərə görk olsun!

    Rəfail Əkbərov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR