AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sürücülərin nəzərinə! Bu yolda hərəkət məhdudlaşacaq

  • + A
  • - A
  • 22-12-2022, 10:50

    Sürücülərin nəzərinə! Bu yolda hərəkət məhdudlaşacaq

    MƏLUMAT

    Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 25-ci km-lik hissəsində (Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun önü) yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq dekabrın 24-dən 25-nə keçən gecə saat 00:00-dan etibarən səhər saatlarınadək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

    Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR