DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz əlaməti olaraq keçirilməsi planlaşdırılan aksiya ilə bağlı mətbuatın suallarını cavablandırıb:
Bir qrup şəxs sosial şəbəkələrdə çağırış edərək dekabrın 23-də Fəvvarələr meydanında aksiya təyin etdiklərini bildirib. Qeyd olunan aksiyanın keçirilməsinə imkan veriləcəkmi?- Aidiyyəti dövlət qurumları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün müvafiq tədbirlər görüləcək.
- Onlar arasında hüquq müdafiəçiləri və ictimai fəallar da var...- Kimliyindən asılı olmayaraq, razılaşdırılmadan aksiya təşkil edənlər qanunsuz aksiyanın iştirakçılarıdır. Ona görə də belə bir aksiyanın keçirilməsinə cəhd edənlərə qarşı da qanunsuz aksiya iştirakçısı kimi tədbir görüləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.