Elçin Bayramlı,
Sağlam Cəmiyyət Hərəkatının Rəhbəri Dünya bazarında taxılın qiymətinin getdikcə ucuzlaşması (hazırda 1300 dollar civarındadır) nəticəsində çörək və un məmulatlarının maya dəyəri xeyli aşağı düşüb. Əksər ölkələrdə un və un məmulatlarının qiyməti ucuzlaşıb. Lakin bizim çörək və digər un məmulatlarının istehsalçıları "bir dəfə yüksələn qiymət bir daha enməz" prinsipini rəhbər tutaraq qiyməti ucuzlaşdırmaq fikrində deyilllər, əksinə bahalaşdırırlar.
Faktiki olaraq taxılın kq-ı 50 qəpiyədir. Bu o deməkdir ki, çörəyin kq-ı bütün digər xərcləri də nəzərə almaqla maksimum 70 qəpik olmalıdır. Hazırda isə 4-cü, 5-ci sort taxıldan, yəni heyvandarlıq üçün olan yemdən hazırlanan 650 qramlıq zavod çörəyi 70 qəpikdir. Yəni, zavod çörəyinin kilosu 1 manata satılır. 50 faiz qazancla. Normal çörəklərin isə yarım kilosu 1 manatdan başlayır. Yəni 1 kilo normal çörəyi bizə 2 manata satırlar. Bunun maksimum 1 manatı maya dəyəridir. Demək 2 qat qazanc əldə olunur.
Eyni vəziyyət makaron və vermişel məmulatlarına da aiddir. Belə ki, əvvəllər kq-i 80 qəpik civarında olan bu məhsullar indi kq-i 1,7 manatdan başlayır. Yəni 2 qat bahalaşıb. 1 kq taxılln qiymətinin 50 qəpik, emaldan sonra maya dəyərini isə 70 qəpik nəzərə alsaq, o halda bu məhsulların kq-i maksimum 1 manatdan başlamalıdır. Bu halda belə 50 faiz qazanc əldə olunur.
Sözüm ondadır ki, ölkədə çörək və un məmulatlarının qiyməti əvvəlki bahalaşmaya əsasən bahalaşmışdı, hazırda o problem aradan qalxdığından çörəyin qiyməti əvvəlki həddə qaytarılmalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.