Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Azadmedia.az xəbər verir ki, tədbirdə Qayğı-Sağlam Nəsil Naminə İctimai birliyinin sədri Sevinc Abdullayeva, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sədaqət Vəliyeva və Könül Nurullayeva, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və Nizami Rayon İcra Hakimiyyətinin baçısı Coşqun Cəbrayılov iştirak ediblər.
Çıxış sözü alan Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin sədri Sevinc Abdullayeva ötən il ərzində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində görülən işlərdən, dövlətimizin, xüsusilə Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin Birinci Vitse-prezidenti Mehriban Əliyevanın Reabilitasiya Mərkəzinə ayırdığı diqqət və qayğıdan söz açıb. Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın tez-tez Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə baş çəkdiyini, buradakı uşaqların təlim-tədris şəraiti ilə yaxından maraqlandığını diqqətə çatdırıb
daxilən saflaşdırır. Daun sindromlu və serebral iflicli uşaqları daim diqqətdə saxlamağa xidmət edən tədbirlərin təşkilini vacib hesab edirəm. Həmin uşaqların cəmiyyətə inteqrasiyası bu gün üçün olduqca vacibdir. Onu da qeyd edim ki, Azərbaycan bütün uşaqlara, eləcə də Daun sindromlu və serebral ifliclilərə dövlət tərəfindən göstərilən qayğı və onlar üçün yaradılan şərait əvəzolunmazdır”.
Nizami Rayon İcra Hakimiyyətinin baçısı Coşqun Cəbrayılov ölkədə uşaqların diqqət və qayğı ilə əhatə olunmasından danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsindən Azərbaycan qalib ölkə kimi çıxıb: “Prezident İlham Əliyevin rəhbərliyi altında bizim rəşadətli ordumuz erməni faşizminə zərbə endirib. Bu gün də günəşli Azərbaycanın günəş balaları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə əhatə ediliblər. Bütün uşaqlar kimi, Daun sindromlu və serebral iflicli uşaqlar üçün də gözəl dünya yaradılıb. Yaxşı yaşamaq bütün uşaqların haqqıdır.
Yeni il şənliyində Qayğı-Sağlam Nəsil Naminə İctimai birliyinin nəzdindəki Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin və Qayğı Reabilitasiya Mərkəzinin uşaqlarının çıxışlarına və rəqslərinə yer veriləcək. Sonda şaxta baba və qar qız uşaqlara hədiyyələr təqdim olunub. Nəzərinizə çatdırırıq ki, tədbir «Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi»ndə keçirilib.
Qeyd edək ki, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun, birbaşa Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. 2013-cü il oktyabr ayının 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın və Arzu Əliyevanın iştirakı ilə Mərkəzin açılışı olub.