AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

200-dən artıq şəhid ailəsinin qaz təchizatı ilə bağlı müraciəti təmin olunub

  • + A
  • - A
  • 23-12-2022, 21:34

    200-dən artıq şəhid ailəsinin qaz təchizatı ilə bağlı müraciəti təmin olunub

    2022-ci ildə ölkə ərazisində 114 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdu ki, bunların artıq 92 faizində işlər tamamlanıb. Respublikada ümumilikdə 500 km-dən çox boru xətti çəkilib. Bu barədə SOCAR “Azəriqaz” İB-nin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov “Açıq qapı” aksiyasında məlumat verib. Qurum rəsmisi işlərin 2023-cü ildə də davam edəcəyini vurğulayıb.
    Tədbirdə çıxış edən Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev görülən işlər çərçivəsində son 2 ildə 200-dən çox şəhid ailəsinin müraciətinin həll edildiyini qeyd edib. Həmçinin şöbə rəisi SOCAR “Azəriqaz” İB-nin hər zaman həssas qrup üzvlərinin qayğılarını diqqət mərkəzində saxladığını vurğulayıb.
    Aksiya daha sonra jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

    Daha ətraflı video materialda izləyə bilərsiniz: https://youtu.be/dfPFc3Glem4


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR