Vətəndaş Fəridə Aslanova çörək alıb, yeyərkən kurioz halla qarşılaşıb. Fəridə xanım bu barədə yazır...
"Dünən Savalandakı "Almarket"dən "Bakı çörəyi" aldıq. İçindən "Karmen" MMC-nin adı olan kağız çıxdı. Yeyərkən boğazımızda ilişib qalsaydı, kim məsuliyyət daşıyacaqdı?..
Vallah, tragikomediyadır. Xaricdə bəlkə də çörəyin içindən belə bir şey çıxmış olsaydı, onu istehsal və istehlak edənin soykökünə təzminat davası açılmışdı.
Hanı bizim qida təhlükəsizliyimiz? İndən belə məni öldürələr, bir də bu çörəkdən almaram. Göz gördüyündən qorxur. Unu ələmək belə çətin işdi? Bəlkə elə unun içində siçanın quyruğu var...".
Azadmedia.az çörəyin içindən çıxanların fotosunu təqdim edir. Görünən onu deməyə əsas verir ki, unu ələmirlər.
Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.