Ağır yaralanan qazimiz Namazov Həbib Aydın oğlu Türkiyədəki müalicəsini tamamlayaraq Vətənə qayıdıb. Təqdim olunan həkim rəyinə əsasən onun müalicəsi ölkəmizdəki ixtisaslaşmış tibb müəsissəsində davam etdiriləcək.
Ağır yaralılardan olan Ağayev Elsevər Sərvan oğlu isə müalicə məqsədilə Türkiyəyə göndərilib.
Allahdan hər birinə şəfa diləyirik!
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, bu günə qədər 178 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:
https://yashat.gov.az/report/tableauHəmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.