AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi KİV nümayəndələri üçün təlim keçirib

  • + A
  • - A
  • 29-12-2022, 01:15

    FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi KİV nümayəndələri üçün təlim keçirib

    Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik məsələləri ilə əlaqədar əhalinin maarifləndirilməsində KİV-in rolu” mövzusunda təlim keçirilib.

    Təlimdə FHN-in Agentliyinin məsul əməkdaşları və KİV nümayəndələri iştirak edib.

    Təlimin keçirilməsində məqsəd sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik məsələləri ilə bağlı əhalinin maarifləndirilməsi işində KİV nümayəndələrinə dəstək olmaq, eyni zamanda Agentliyin fəaliyyət istiqamətləri ilə onların yaxından tanış olmalarına şərait yaratmaq olub.

    İnteraktiv formada keçirilən təlim zamanı Agentliyin fəaliyyəti ilə bağlı mütəxəssislər tərəfindən geniş məlumat verilib, suallar ətraflı cavablandırılıb.

    Yekun olaraq təlimdə iştirak edən KİV nümayəndələrinə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən müvafiq sertifikatlar təqdim edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR