Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərinə baş çəkiblər. Onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə şəhidlərin ailə üzvlərini təbrik edərək sovqatlar veriblər.
Polis əməkdaşları görüşlər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyini və xalqımızın yaddaşında əbədi olaraq yaşayacaqlarını deyiblər.
Şəhidlərimizin ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.