AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəzaçəkmə müəssisəsində yeni quraşdırılmış basketbol lövhəsi istifadəyə verilib

  • + A
  • - A
  • 31-12-2022, 21:55

    Cəzaçəkmə müəssisəsində yeni quraşdırılmış basketbol lövhəsi istifadəyə verilib

    30 dekabr tarixində, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, federasiyanın məsul əməkdaşları və milli komanda üzvlərinin iştirakı ilə 9 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün nəzərdə tutulmuş yeni basketbol lövhəsi istifadəyə verlimişdir. Tədbiri giriş sözü ilə açan federasiya prezidenti Emin Əmrullayev, cəza çəkən insanları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, ən qısa vaxt ərzində bu bayramları ailələri ilə birgə qeyd etmələrini arzulayıb. Daha sonra milli komandamızın üzvləri məhkumlara yığma komandanın formalarını hədiyyə ediblər.

    Qeyd edək ki, federasiyanın təşkilatçılığı ilə yaradılmış basketbol lövhəsi məhkumların istirahət vaxtlarından daha səmərəli istifadə etmələri üçün nəzərdə tutulmuşdur.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR