AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

DƏMX prosesi izləmir, həmkarlar təşkilatı ölü quruma çevrilib - HAQLI İRAD

  • + A
  • - A
  • 4-01-2023, 14:43

    DƏMX prosesi izləmir, həmkarlar təşkilatı ölü quruma çevrilib - HAQLI İRAD


    Ölkədə fəaliyyət göstərən müvafiq səlahiyyət sahibləri tərəfindən ticarət mərkəzlərində iş yerlərinin attestasiyasinin keçirilməsi vacibdir. Azadmedia.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı şəxsi facebook səhifəsində yazıb, Mallarda işçilərin istismar edildiyini, DƏMX-nin məsələyə laqeydliyini, həmkarlar təşkilatının ölü quruma çevrildiyini qeyd edib. Mirvari xanımın haqlı iradlarını olduğu kimi diqqətinizə çatdırırıq:

    "Bakıdakı iri ticarət mərkəzlərinin(Malların) sahiblərinin diqqətinə. Apardığım müşahidələrə , gördüklərimə və danışdığım işçilərin söhbətlərinə istinad edərək bildirirəm ki,sahibi olduğunuz əksər qurumlarda tərəfinizdən ölkənin əmək qanunvericiliyi pozulur.Belə ki:
    -İşçiləriniz 10-12 saat işləyir.Bunun müqabilində aldıqları əmək haqqı aşağıdır.Normadan artıq iş saatlarına, gecə və zərərli işə görə, bayram ,istirahət günlərində əlavə ödəniş edilmir.
    -Nahar fasiləsi nəzərdə tutulmayıb
    -Demək olar ki,bütün şöbələrinizdə güclü səs(musiqi) mövcuddur. Belə ara vermədən səsləndirilən güclü səs insan orqanizminə ziyandır.
    İşçilər cavandır.Hələ hiss eləmirlər.Zaman gələcək sağlamlıqlarına vurulmuş bu fəsadi hiss edəcəklər.İnsafınız olsun cənablar!
    Qeyd:ARƏM-də əmək qanunvericiliyinin icrasina (maddə 15) DƏMX etməlidir. O da prosesi izləmir, izləməyəcək də., ərizə daxil olmadığını bəhanə edəcək. Ərizə daxil olsa da deyəcəklər məhkəməyə müraciət et.
    İctimai nəzarət edəcək qurum da (maddə 309) həmkarlar təşkilatıdır. O da çoxdan "ölü" bir quruma çevrilib".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR