AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kəmaləddin Heydərov Riqadakı "Roma" otelini satışa çıxarıb

  • + A
  • - A
  • 4-01-2023, 23:53

    Kəmaləddin Heydərov Riqadakı "Roma" otelini satışa çıxarıb

    Kəmaləddin Heydərov 3 ildən bəridir ki, Riqadakı "Roma" otelinə müştəri tapa bilmir. Riqanın mərkəzində yerləşən otel satışdadır, lakin Heydərovun otelə çəkdiyi 13.2 milyon avroluq xərcə baxmayaraq baha hesab olunur.
    Azadmedia.az xəbər verir ki, bu barədə xaricdə yaşayan bloger Cavanşir Həsənli məlumat yayıb.
    C.Həsənlinin bildirdiyinə görə satışın səbəbi bəlli olmasa da, böyük ehtimalla Heydərovun öz biznesini bütünlüklə Avropadan çıxarıb daha təhlükəsiz hesab etdiyi Birləşmiş Ərəb Əmirliklərində cəmləşdirmək niyyəti ilə bağlıdır.

    Otel Heydərova məxsus "BENKONS" MMC-nin Latviya filialının mülkiyyətindədir. Fövqəladə hallar naziri oteli bağlamaq qərarı ilə bağlı administrator Linda Murnieseni ötən ilin payızında işdən azad edib. Linda xanım siyasətçidir, Latviyanın keçmiş daxili işlər və müdafiə naziri olub.

    Nazir kimi dəfələrlə Bakıda rəsmi səfərdə olub. Onun keçmiş həyat yoldaşı Livan mənşəli ərəb Hosam Ebu Meri də siyasətçidir və Latviya parlamentinin deputatıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR