Sabirabad, Saatlı, İmişli və Cəbrayıl rayon sakinlərinin nəzərinəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il yanvarın 12-də saat 10:00-da Sabirabad rayon prokurorluğunun inzibati binasında Sabirabad, Saatlı, İmişli və Cəbrayıl rayon sakinlərinin qəbulunu keçirəcəkdir.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Sabirabad rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.