Yanvarın 10-da Naxçıvan Ali Məclisinin sessiyasının çağırılacaq. Ali Məclisin qərarında dəvət olunan media nümayəndələrinin dövlət mətbuat orqanladından olacağı göstərilib. Bu da əslən Naxçıvanlı olan, müstəqil media nümayəndəsi, "Bakı-Xəbər" İnformasiya Portalının təsisçi və Baş redaktoru Aydın Quliyevin haqlı narazılığına səbəb olub. O, şəxsi facebook səhifəsində qərara narazılığını statusu ilə bildirib. Azadmedia.az Aydın Quliyevin sözügedən statusunu təqdim edir:
Yanvarın 10-da Naxçıvan Ali Məclisinin sessiyasının çağırılacağı barədə Ali Məclisin qərarında bəzi nüanslar diqqətimi çəkdi. Qərarın 3-cü bəndində "dövlət mətbuat orqanlarının nümayəndələrinin dəvət olunduqları" yazılıb...
Niyə məhz dövlət mətbuatı? Niyə müstəqil mətbuatın nümayəndələrinə şans verilməsin?Bu sayaq qapalılıq kimə lazımdır?
Əgər 2023-cü ilin Dövət Sosial müdafiə fondunun, İşsizlikdən sığorta fondunun büdcələri təsdiq ediləcəksə, burada qapalılıq üçün əsas verən nə var ki?..
Daha bir xüsusi məqam da var. Sessiyanın gündəliyində 1-ci bənd: "2022-ci ildə Naxçıvanın sosial-iqtisadi inkişafının yekunları" ... Əgər DTX-nın hələ davam etdirilən yoxlamaları cəmi iki dövlət qurumunda 500 milyon manatadək yeyinti tutubsa, sessiyada Naxçıvanın inkişafına hansı prizmadan baxılacaq? ... Əgər Muxtar Respublikanın inkişafl məqbul qiymətləndiriləcəksə, ... bir söz deyə bilmirəm....
Gündəlikdə yeni sədrin seçilməsi məsələsi niyə yoxdur?
Hələ köhnə sədrin işinə qiymət verilməsinin gündəlikdə olmamasının niyəsini də əlavə etmək olar...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.