“AAYDA-nın balansında olan 4 saylı “Magistral avtomobil yollarının istismarı” MMC əməkdaşları və rəhbərlik deyərdim ki, səhərə qədər yatmadı. Yollar təmizlənir, duz səpilirdi. Bayaqdan müşahidə edirəm, yenə eyni işgüzarlıq. Eşq olsun! Hər zaman yaxşı işləri yazıb motivasiya vermək lazımdır!”
Bu sözləri Azadmedia.az xəbər agentliyinin Baş direktoru və baş redaktoru Xəlil Xəlilov Facebook sosial media səhifəsi üzərindən paylaşıb.
Nəzərinizə çatdıraq ki, paylaşımdakı videolardan da göründüyü kimi Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə bütün texnikalar gecə saatlarından başlayaraq təmizlik işlərinin aparılmasına cəlb edilib və gecə boyu xüsusilə işlər aparılıb.
Bəli, qeyd edək ki, paytaxt Bakıda yollarda vəziyyət normaldır. Əsas magistral yollarda, paytaxtın giriş-çıxışlarında, əsas küçə və prospektlərdə gecə boyu işlər aparılıb, qum və duz qarışığı səpilib. Belə ki, aidiyyatı qurumlar yollarda buzları təmizləmək üçün lazımi tədbirlər görürlər. Elə bunun üçün ən ideal variant qum və texniki duz qarışığı hesab olunur.