AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırılma aparılır - "Azəriqaz" İB-dən açıqlama

  • + A
  • - A
  • 9-01-2023, 19:15

    Hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırılma aparılır - "Azəriqaz" İB-dən açıqlama

    Bu gün - 9 yanvar tarixində paytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospekti, FAB mağazası yaxınlığında yerləşən tikinti materiallarının satışı mağazasında yanğınla müşahidə olunan hadisə baş verib. Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov hadisə haqqında Azadmedia.az-a bildirib ki, yanğın nəticəsində obyektdə 2 nəfər xəsarət alıb və tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya yerləşdiriliblər. Hal-hazırda hadisənin baş vermə səbəbləri ilə əlaqədar yerində araşdırılma aparılır. Obyektin qaz təsərrüfatı və yaxınlığında keçən kommunikasiya xətlərində təsbit işləri görülür. Həmçinin Departament rəisi qeyd edib ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər görülməkdədir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR