Osman Gündüz yazır...Akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin(FRTEB) 2022-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı təqdim olunur.
Bu bölmə 7 elmi institutu (Riyaziyyat və Mexanika, İT, Fizika, İdarəetmə Sistemləri, Radiasiya İnstitutu və s. ) , 1700-dən çox əməkdaşı, təxminən 1000 elmi işçini əhatə edir.
Akademik Rasim Əliquliyev hesabatla bağlı təqdimatında görülən işləri, problemləri və təklifləri qeyd etdi.
Diqqətimi cəlb edən bəzi məqamlar :
1. Bu bölmə, yəni 7 elmi institut üzrə 30 yaşadək heç bir elmlər doktoru yoxdur, cəmi bir fəlsəfə doktoru var
2. Bu bölmə üzrə 40 yaşadək yalnız 4 elmlər doktoru var
3. Google Akademik deyir ki, bu bölmə üzrə bir alimə olan istinadların sayı cəmi 29 olub
4. Bu bölmə üzrə xaricdə dərc olunan elmi məqalə sayı üzrə orta məhsuldarlıq bir alim üzrə ildə
2 məqalə olub
5. SCOPUS və WoS bazası üzrə 2 ildə hər bir alimin 1 məqaləsi dərc olunub
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.