Azadmedia.az-ın elektron poçtuna Astara rayonundan həyəcan doğuran xəbər daxil olmuşdu. İddia edilirdi ki, məktəblərdən birinin direktoru müəllimlərdən birinə qarşı fiziki hücum edib, daha dəqiq desək, STUL ATIB, cəzasız qalıb!
Söhbət, Burzubənd kənd tam orta məktəbinin direktoru Turan Rəfiyevdən və hücuma məruz qalan məktəbin biologiya müəllimi Vidadi Əmirovdan gedirdi.
Təəssüf ki, Vidadi müəllimlə əlaqə cəhdlərim uğursuz oldu. Direktor Turan müəllim açıqlamasında bildirdi ki, kənd yerində sinif və dərs saatı azdır, 16 saat dərsdən narazı qalan Vidadi müəllimlə aramızda narazılıq yaranmışdı. Mən başqa fənləri ona verə bilmərəm, digər müəllimlərin də haqqına girmiş olaram. Direktor onu da əlavə etdi ki, hazırda Vidadi müəllim qonşu kənd məktəbində də əlavə 16 saat götürüb, dərs cədvəlində şərait yaradılıb ki, müəllim hər iki kənddə rahat fənnini tədris etsin.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupu ilə əlaqə saxlayıb mövzu ilə bağlı şikayətin daxil olub-olmaması ilə maraqlandıq. Qurumdan verilən açıqlamadan məlum oldu ki, hadisə 4 ay əvvəl baş verib, prokurorluqda sonunclanıb.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.