“Açıq mikrofon” aksiyası həftənin son iş günü Qəbələ rayonunda keçirilib. Mikrofon önünə çıxan abonentlərdən Cavad Əhmədov qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib. Yemişanlı kənd sakini Elman Rəfiyev küçə qaz xəttinin çəkilməsi ilə bağlı müraciət ünvanlayıb. Bəzi hallarda qazın təzyiqinin aşağı düşməsindən narazı olan Rəhman İsgəndərovun müraciəti də Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydiyyata alınıb. Görüşdə səsləndirilən müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə yönləndiriləcəyi vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.