AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şikayət araşdırıldı, fakt təsdiqini tapdı

  • + A
  • - A
  • 30-01-2023, 14:18

    Şikayət araşdırıldı, fakt təsdiqini tapdı

    Nəsimi rayonu, Moskva prospekti 72 ünvanında yaşıllıq ərazidə tikinti işlərinin aparıldığı və oradakı ağacların kəsilmə təhlükəsinin olması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

    Xidmət rəsmisi Vaqif Cavadov Azadmedia.az-a bildirib ki, araşdırma zamanı ərazidə “Ay Ìnşaat” MMC tərəfindən tikinti işlərinin aparıldığı, ağac kəsintisi faktının olmadığı, lakin tikinti ətrafındakı ağacların mühafizəsi ilə bağlı tədbirlərin görülmədiyi müəyyən edilib.

    “Faktla bağlı MMC barəsində hüquqi şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib”.
    Görünən odur ki, cəzalar sərtləşməsə, Bakıda ağac qalmayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR