AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması müzakirə edildi

  • + A
  • - A
  • 30-01-2023, 20:17

    Məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması müzakirə edildi

    Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov yeni təyin edilmiş 50 nəfər məhkəmə sədri ilə görüşüb.
    Azadmedia.az xəbər verir ki, görüşdə hakimlərin fəaliyyətlərinin qiymətləndirilməsi zamanı vacib prinsiplərə xüsusi diqqət yetirildiyi bildirilib, kobud rəftar, süründürməçilik, sui-istifadə hallarının, qeyri-prosessual münasibətlərin yolverilməzliyi vurğulanaraq hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının qətiyyətlə alınması üzrə görülən tədbirlər qeyd olunub.
    Məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması ilə bağlı Məhkəmə-Hüquq Şurasında “qaynar xətt”in fəaliyyətinə, məhkəmələrdə aparılan monitorinqlərin nəticələrinə toxunulub, aşkar olunan xarakterik nöqsan və çatışmazlıqlara diqqət cəlb olunaraq yeni təyinat almış məhkəmə sədrlərinin qarşısında duran vəzifələr müzakirə edilib.
    Məhkəmə qərarlarının ədalətliliyinin təmin olunması, vətəndaşlara qayğılı münasibət və layiqli xidmət göstərilməsi, təşəbbüskarlığın və prinsipiallığın artırılması, əmək və icra intizamına nəzarətin gücləndirilməsi ilə bağlı tövsiyələr verilib.
    Ədalət mühakiməsinin effektiv həyata keçirilməsində və əlçatanlığın asanlaşdırılmasında “Elektron məhkəmə” informasiya sisteminin mühüm rolu qeyd olunaraq ondan istifadə vərdişlərinin aşılanması, məhkəmələrin işinin səmərəli təşkili, bu sahədə əməli və metodiki köməkliyin göstərilməsi, ilk dəfə sədr vəzifəsinə təyin olunanların tədrisə ehtiyacı öyrənilməklə Ədliyyə Akademiyasında treninqlərin keçirilməsi ilə bağlı aidiyyəti tapşırıqlar verilib


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR