Jurnalist Dünya Sakit yazır...Dəyərli Rövşən bəy keçən il büdcənin hansı xərclərindən kəsilib azad olunan ərazilərin bərpasına yönəldildiyini açıqlayıb: Səhiyyə xərcləri üzrə - 291 milyon manat, sosial müdafiə xərcləri üzrə 265 milyon manat, ümumdövlət xidməti xərcləri üzrə 256 milyon manat, təhsil üzrə 190 milyon manat, müdafiə üzrə 189 milyon manat, məhkəmə və hüquq-mühafizə üzrə 115 milyon manat...
Maliyyə Nazirliyi keçən il büdcə vəsaitlərindən 225,7 milyon manatlıq mənimsəmə aşkarlayıb...
Transparency International – Beynəlxalq Şəffaflıq təşkilatı Korrupsiyanı Qavrama İndeksini (Corruption Perception Index-CPI) açıqlayıb. Yeni indeksdə Gürcüstan 100 baldan 56, Ermənistan 46 və Monteneqro 45 bal yığıb. Bu üç ölkənin göstəricisi qlobal ortalama 43 baldan yuxarıdır.
Azərbaycan isə 23 balla indeksin dibində, Tacikistanla (24) Türkmənistanın (19) arasında yer alıb. Bu üç ölkə Avrasiya regionunda ən az bal yığanlardır.
Türkiyə (36), Bosniya-Herseqovina (34) və Azərbaycan (23) ötən il balı rekord həddə düşən ölkələrdir. 180 ölkə içində 157-ci yerdə qərarlaşan Azərbaycan əvvəlki reytinqdə 30 balla 128-ci olmuşdu.
Bu reytinqi izləyəli, Azərbaycanın yeri bu qədər biabırçı olmamışdı...
Təsəvvür edin, ölkənin ən böyük uşaq xəstəxanasında - Q.Qarayev adına xəstəxanada rentgen aparatı yoxdur, xəstə uşağa oksigen balonu başqa xəstəxanadan borc alınır...
Rayon xəstəxanalarında UZİ aparatları çatışmır... MRT, KT-dən isə danışmağa dəymir, rayonlardan bütün ehtiyaclı insanları Bakıya yönləndirirlər...
İri xəstəxanaların hamısında icbari tibbi sığortanın tətbiqinə qədər sapasağlam olan MRT, KT aparatlarının yarıdan çoxu hazırda işləmir. İşləyənlər də bərbad gündədir - 5 il əvvəl başımda ölçüsü 22 mm olaraq qeydə alınan şişi dekabrda ən iri xəstəxanadakı MRT aparatı "görəmmədi", hələ özümü də günahkar çıxardılar ki, niyə özələ getmirsən...
Hətta Milli Onkologiya Mərkəzi kimi soyğunçu xəstəxanada MRT aparatları aylarla işləmir...
Və hökumət səhiyyə xərclərindən 291 milyon manat kəsib Qarabağda tam qaranlıq şəkildə bölüşdürülən, bir dəfə də olsun hesabatı verilməyən layihələrin icrasına yönəldir((((