Tarixçi, dosent Zaur Əliyev yazır...Rusiya müxalifəti, rus xalqının diktatordan xilas olması üçün mübarizə aparan Aleksey Navalnın son halı... Mübarizəsini Rusiyada demokratiya bərpa edilməsi üçün aparan Navalnı indi görün nə günə düşüb
Gürcü xalqı üçün mübarizə aparan, Gürcüstanın Avropa tipli dövlət olması üçün çalışan Mixeil Saakaşvilinin son halı...
İtaliyan aforizmi var : "Xalq öz qəhrəmanlarını ya taxtda, ya da dar ağacından asılmış vəziyyətdə görmək istəyir"
Bu fotolar Xalq üçün mübarizə aparan insanları qorxutmalı deyil, bu mübarizənin fotosudur, qəhrəmanlıq fotosudur. Xalq sənə dəyər verməsə, qorumasa belə onun üçün mübarizə aparmaq lazımdır. Çünki Tanrı Qəhrəmanlığı hər kəsə vermir. Xalq qoy bu gün səni dar ağacında görmək istəsin. Qoy xalq sənə dəstək olmasın. Amma dövlət qalır....Azad gələcək üçün, tarix üçün mübarizə aparmaq lazımdır. Qorxmadan, ölüm belə sonu olsa da...
Tarix öz qiymətini verəcək! Xalq azad olandan sonra başa düşəcək sənin mübarizəni
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.