Azadmedia.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında (MR) Türkiyə ilə Azərbaycan arasında quru sərhədi açılıb.
"Naxçıvan sərhədindən Türkiyə istiqamətində keçməyə qoyulan məhdudiyyət aradan qaldırılıb. Vətəndaşların şəxsi avtomobilləri ilə hərəkətinə icazə verilib.
Avtobusların hərəkətinə hələ də icazə verilmir”, - Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun açıqlamasında bildirilir.
Qeyd olunur ki, Sədərək CCİ-də sərhədi yalnız NMR-də yaşamaq icazəsi olan Azərbaycan Respublikası vətəndaşları keçə biləcək.
Xatırladaq ki, Azərbaycan 2020-ci ildə pandemiya başlayandan qonşuları ilə quru sərhədlərini bağlayıb. Lakin Naxçıvandan İran və Türkiyəyə gediş-gəliş icazəsi verildi. Sonra 2022-ci ilin iyul ayında yük maşınları istisna olmaqla, bütün nəqliyyat vasitələri üçün də dayandırıldı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.