AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təhsil nazirinin vətəndaş qəbulundan narazı qalındı - SƏBƏB

  • + A
  • - A
  • 2-02-2023, 15:43

    Təhsil nazirinin vətəndaş qəbulundan narazı qalındı - SƏBƏB

    Bir qrup vətəndaş saytımıza müraciət edərək təhsil naziri Emin Əmrullayevin 27 yanvar 2023-cü ildə Sumqayıt şəhərində Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayonlarının sakinləri vətəndaşları qəbul etməsindən narazılıq ediblər. Vətəndaşlar nazirin qəbulda qısa vaxt ərzində iştirak etdiyini, uzaq məsafələrdən gəlmiş sakinlərin aldadıldığını bildirib.
    Azadmedia.az məktubu olduğu kimi dərc edir:


    "Hörmətli Baş redaktor və sayt rəhbəri,

    Dövlət Başçımız İlham Əliyev Cənabları hər zaman məmurların xalqın xidmətçisi olduğunu qeyd edərək, məmurlara sadə, təvazükar, xalqın yanında olmağı, xalqın onlara göstərdiyi etimadı tam doğrultmağı tövsiyyə edib. Eyni zamanda ölkə başçısı insanlara yuxarıdan aşağı baxan, düz işləməyən, əyri yolla gedənlər məmurlara qarşı sərt mübarizə aparılacağını və həmin məmurların cəzalanacağını vurğulamışdır.
    Əfsuslar olsun ki, Azərbaycan Respublikasının Elm və Təhsil Naziri nəinki Cənab Prezidentin göstərdiyi yolla deyil, özünün doğru bildiyi yolla gedir. Belə ki, bütün xəbər saytlarında nazir Emin Əmrullayevin 27 yanvar 2023-cü ildə Sumqayıt şəhərində Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan, Laçın rayonlarının sakinləri vətəndaşları qəbul edəcəyi xəbərlərinə inanaraq qəbula yazıldıq. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan qəbul vaxtı 9:00-dan 18:00 kimi olmasına baxmayaraq əraziyə 11:00-da gələn nazir Emin Əmrullayev artıq saat 15:00-da ərazini tərk edib bir daha geri dönmədi. Aralarında şəhid ailəsi, qazi, məcburi köçkün olan çox sayda vətəndaşlar qəbula yazılsalar da qəbul edilmədi. Qəbula düşənlərin çoxunu isə nazir Emin Əmrullayevin yerinə Elm və Təhsil Nazirliyinin nümayəndələri dinləyib. Nazirin qəbuluna düşmək ümidi ilə uzaq bölgələrdən Sumqayıt şəhərinə üz tutanlar Heydər Əliyev Mərkəzinin özündə saatlarla gözlədikdən sonra kor peşiman evlərinə döndülər.
    Dövlət məmuru hər zaman öz mövqeyi dövlətçiliyə sədaqəti, vətəndaşların problemlərini dinləmək bacarığı ilə seçilən insandır. Biz bunu Emin Əmrullayevdə görmədik. Bu qədər insanı qəbula yazıb sonravaxtından əvvəl məkanı tərk etmək, vətəndaşları saatlarla boşuna gözlətmək zənnimizcə insanların heysiyyatına toxunmaq, sadə vətəndaşları ələ salmaqdır.
    Bütün bunlar azmış kimi bütün xəbər saytlarında “Elm və Təhsil Naziri Emin Əmrullayev Sumqayıtda vətəndaşları qəbul edib” başlıqlı sərlövhələr dərc etdirmək Dövlət Başçımızı və cəmiyyəti aldatmağa yönəlmiş bir addım hesab edirik.
    Emin Əmrullayev vətəndaş qəbulunun necə və hansı qaydada həyata keçirildiyini
    bilmirdisə ondan əvvəl Sumqayıt şəhərində vətəndaşları yüksək səviyyədə qəbul edib, problemlərini dinləyən Hörmətli Daxili İşlər Nazirimiz cənab Vilayət Eyvazovdan öyrənərdi.
    Xahiş edirik bizim şikayətimizin Ali Baş Komandan İlham Əliyev Cənablarına və xalqımıza çatdırılması üçün saytınızda dərc olunmasını təmin edəsiniz.
    Öncədən Sizlərə minnətdarıq.


    Hörmətlə bir qrup vətəndaşlar adından

    1.Bayramova Aytəkin
    2.Bəylərova Türkanə (055 257-20-28)
    3.Babayeva Xalidə
    4.Şabanov Kamil (051 881-21-21)
    5.Qəhrəmanova Mehriban
    6.Bəylərov Rafiq (070 346-80-69)".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR