Atalıq tərəfindən 14 yaşlı qızın zorlandığı bilindiyi halda, 3 gün azadlıqda gəzib, qətl törədib - İDDİA
Jurnalist Aynur Qurbanqızı yazır...Dünən bir xanımın yazısını paylaşmışdım, orada sevgilisinin 14 yaşlı uşağını zorlamasından bəhs edilirdi. Əslində isə, rəsmi nigah olmasa da, qadın bu kişi ilə 8 ildir evli imiş və hələ ard-arda bu manyakdan 2 uşaq doğub. Uşaqlar 1 və 2 yaşlarında, hələ özünün də birinci ərindən 2 uşağı varmış. Sənin 2 uşağın ola ola hər gün dava-dalaşınız olan bu əclafdan əlavə niyə 2 uşaq doğursan, ay axmaq qadın! Nə isə, əsl faciə budur ki, 8 ildir ona ata deyən 14 yaşlı qıza hələ hadisədən öncə təcavüz edib, anası da polisə şikayət edib. Və bilmirəm polis də necə olub 3 gün bu adamı həbs etməyib, bəlkə də gizlənib və sonra evə glən kişi yəqin ki, arvadından bunun haq-hesabını sorub, sonra onu bıçaqlayıb və qızı sürüyərək kirayələdiyi maşına salıb və göl ətrafına gətirib, orada iyrənc əməlini həyata keçirib. Təsəvvür edirəm bu uşağın bu vaxt ərzində keçirdiyi sarsıntıları… Sonra da öldürüb.
Hüquq-mühafizə orqanları tərəfindən bu əclaf artıq tutulub.
Offf. Nə qədər istəyirsən neqativ xəbərlər qaçasan olmur. Necə manyaklarla bir cəmiyyətdə yaşayırıq. Bu sadəcə dəhşətdir.
Bir günahsız mələk öldü… Özü də əzab çəkərək.
Bir ananın qəlbinə ömürlük dağ çəkildi, 3 uşaq böyüdəcək travmalı ana…
Və travmalı ananın böyüdəcəyi 3 uşaq…
Və atalarından nifrət edəcək, utanacaq 2 uşağın travması….
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.