AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bankda olan əmanətlərdən fauz tutulma xəbərinə AÇIQLAMA

  • + A
  • - A
  • 3-02-2023, 19:36

    Bankda olan əmanətlərdən fauz tutulma xəbərinə AÇIQLAMA

    Bankda olan əmanətlərdən fauz tutulma xəbərindən sonra əhalini daha bir sual maraqlandırır - Kartlarda olan vəsaitlər vergiyə cəlb olunacaqmı?. İqtisadiyyat sahəsi üzrə ekspertlər kiv-lərə açıqlamasında müxtəlif variantlar təqdim edib. Azadmedia.az hesab edir ki, iqtisadçı deputat Vüqar Bayramov artıq tam aydın izahla yazıb. Vüqar bəyin açıqlamasından məlum olur ki, əgər kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debet və kredit plastik kartlar) o halda kartda olan pul vergiyə cəlb olunmur.
    Amma bunu karta oıan vəsaitə faiz hesablanan kartlar barədə demək olmaz. Əgər kartda olan vəsaitə faiz hesablanırsa və kart sahibinə aylıq və ya illik gəlir gətirirsə o halda həmin qazanc vergiyə cəlb olunacaq.
    Məsələn, kartda 5 min manat pul var. Həmin vəsaitə illik 7 faiz gəlir hesablanır və bu məbləğə 400 manat əlavə olunur. Bu halda kart sahibinin ödədiyi illik vergi 40 manat olur (400 manat X 10 %). Kartda olan əsas məbləğin vergiyə cəlb olunması nəzərdə tutulmur. Yalnız faizi gəliri vergiyə cəlb oluna bilər.

    Bir daha oxucuların nəzərinə çatdırmaq istəyirik ki, sizin kartınınz sizə faiz gəliri gətirmirsə heç bir halda sizdən vergi ödəmək tələb oluna bilməz.
    Qeyd: yazıda bloger Əzizə İsmayılovanın facebook hesabında yazdığı statusdan istifadə edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR