Xəbər verdiyimiz kimi, mediada Azərbaycanın İrandakı Səfirliyinə hücum edən terrorçunun BDU-nun məzunu olması barədə məlumat yayılıb.
Azadmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Ərəstun Oruclu məlumat verərək, terrorçunun hüquq fakültəsində qiyabi təhsil aldığını bildirib və qeyd edib ki, səfirliyimizdə terror törədən Yasin Hüseynzadə keçmiş AAYDA rəisi Ziya Nəmmədovun oğlu Anar Məmmədovla eyni kursda təhsil alıb. Məsələ ilə bağlı BDU-ya yolladığımız sorğuya cavab olaraq BDU-nun İctimaiyyətlə əlaqələr və Kommunikasiya sektorunun rəhbəri Kəmalə Namazova bildirdi ki, qeyd olunan sualla əlaqədar hazırda hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri həyata keçirildiyinə görə hər hansı məlumatın verilməsi mümkün deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.