Dərmanların xarici ölkələrlə müqayisədə dəfələrlə baha satılması barədə tez-tez narazılıqlar eşidilsə də, təəssüf ki, tədbir görülmür. Ölkədə satılan dərmanların tərkibi xaricdən alınan dərmanlarla müqayisədə çox keyfiyyətsizsizdir. Bu da başqa mövzunun müzakirəsidir, dərin araşdırma tələb edir. Azadmedia.az xəbər verir ki, bu dəfə dərmanın qiymətindən şikayət çəkır xəstəliyindən əziyyət çəkən tarixçi-alim Zaur Əliyevdən gəlib. Alimlərin maaşının az olduğu dövrdə bahalı dərmanı ala bilməməsindən, Türkiyə ilə müqayisədə dərmanın dəfələrlə baha satılmasından şikayət edən alim, Tarif Şurasına müraciət edərək bildirir ki, istifadə etdiyi dərmanın adı Yanumeddir. Şəkərə qarşı ən yaxşı dərmandır. Bir aydır 300-ən aşağı sala bilmirəm şəkəri. Konkret komaya düşməyə doğru gedirəm. Bu dərmana da siz 68 manat 09 qəpik qiymət qoymusunuz. Halbuki Türkiyədə 16 manatdır bunu qiyməti. Bakıda isə 68.09 manat. İndi siz özünüz bahalı həyat yaşayırsız deyə bu dərmana belə qiymət qoymusunuz . Nə edək biz? Bu dərmanı dilənçi maaşı ilə necə alaq ayda bir dəfə ?
Nədir bizə bu verdiyiniz zülmlər ? Bizi niyə belə günlərdə yaşamağa məcbur edirsiz ? Allahdan qorxun
Qeyd edək ki, Zaur Əliyev kimi yüzlərlə vətəndaş dərman satışındakl qiymətlırdən narazıdır. Ümid etmək istəyirik ki, tezliklə əlaqədar qurumlar hərəkətə keçəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.